Rusiya Xarkovda fransız muzdlularının toplaşma məntəqəsini vurub

Rusiya ordusu Ukraynanın Xarkov vilayətində fransız muzdluların müvəqqəti dislokasiya olunduğu məntəqəni vurub.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, yanvarın 16-da Xarkovda əcnəbi döyüşçülərin müvəqqəti yerləşdirilmə məntəqəsinə yüksək dəqiqlikli zərbə endirilib.

Zərbə nəticəsində muzdluların yerləşdiyi bina tamamilə dağılıb. 60 nəfər həlak olub, 20-dən çox insan yaralanıb.

Rusiya MN-dən o da bildirilib ki, əcnəbi döyüşçülərin əksəriyyətini fransız muzdlular təşkil edib.

Əvvəlki məqalə

Süni intellektdən kriminalistləri şoka salan kəşf –

Sonrakı məqalə

Aİ Şurası Ermənistandakı Avropa müşahidəçilərinin sayını artırıb