Rusiya XİN-dən Nigerdəki hərbi çevrilişə- REAKSİYA

“Rusiya Nigerdəki vəziyyəti narahatlıqla izləyir”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

Rusiya XİN münaqişənin bütün tərəflərini gücdən istifadə etməkdən çəkinməyə və daxili siyasi böhranın inkişafının qarşısını almaq üçün dinc dialoqa çağırıb.

“Münaqişə tərəflərini güc tətbiq etməkdən çəkinməyə və bütün mübahisəli məsələləri dinc və konstruktiv dialoq yolu ilə həll etməyə çağırırıq. Biz dost Niger xalqının rifahı naminə bu daxili siyasi böhranın tezliklə həllini gözləyirik”, – Zaxarova deyib.

Azpost.info

Əvvəlki məqalə

Gündə nə qədər pendir yemək lazımdır?

Sonrakı məqalə

Rusiya-Afrika sammitində Patriarx Kirilə qeyri-adi portret hədiyyə edilib