Rusiya XİN Paşinyanın “Qarabağ Azərbaycan ərazisidir” açıqlamasınaREAKSİYA

Rusiya xarici işlər nazirliyi Paşinyanın Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanımağa hazır olduğu ilə bağlı sözlərinə münasibət bildirib.

Bu barədə Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova deyib.

“Moskva Paşinyanın Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanımağa hazır olduğu ilə bağlı bəyanatını onun 2022-ci ildəki mövqeyinin təsdiqi olaraq nəzərdən keçirir”, – Zaxarova deyib.

Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan son bir ayda artıq üçüncü dəfə “Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa hazırdır” bəyanatı ilə bu və digər şəkildə “Qarabağ Azərbaycandır!” deyib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.