“Rusiya yaxın günlərdə Ukraynaya hücum etmək niyyətindədir” –BAYDEN

ABŞ administrasiyası Rusiya Prezidenti Vladimir Putinin Ukraynanı işğal etmək qərarına gəldiyini iddia edir.

TASS xəbər verir ki, bu barədə Ağ Evdə jurnalistlərə açıqlama verən ABŞ prezidenti Co Bayden deyib.

“Sizcə Prezident Putin Ukraynanı işğal etməkdə əmindirmi?” sualına ABŞ lideri birbaşa “Bəli” cavabını verib.

ABŞ lideri bildirib ki, Vaşinqton Ukrayna ətrafında mövcud vəziyyətlə bağlı Moskva ilə diplomatik əlaqələri dayandırmayacaq.

Bayden iddia edir ki, Rusiya qüvvələri yaxın günlərdə Ukraynaya hücum etmək niyyətindədir.

Amerika administrasiyası rəhbərinin sözlərinə görə, Rusiya qüvvələri indiyədək Ukraynanı – Belarus tərəfdən və cənubdan Qara dənizə qədər mühasirəyə alıb.

“Rusiya qüvvələrinin gələn həftə, Ukraynaya hücum etməyi planlaşdırdığını düşünməyə əsasımız var. Biz düşünürük ki, onlar 2.8 milyon günahsız insanın yaşadığı Kiyevi hədəf alacaqlar” ,- deyə Bayden əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Putin ehtiyatda olan vətəndaşları hərbi toplanışa çağırdı

Sonrakı məqalə

Ordumuzun Tağaverd istiqamətində atəş açması yalandır –