“Rusiya yeni döyüş üsullarını tətbiq edəcək” –ŞOYQU

“Rusiya yeni döyüş üsullarını tətbiq edəcək”.

Azpost.info xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.

Onun sözlərinə görə, Rusiya müasir silahlı qarşıdurma şəraitinə daha yaxşı uyğunlaşmaq üçün ordu və donanmanı inkişaf etdirmək niyyətindədir: “Yeni döyüş üsullarının tətbiqi qoşunların daha yaxşı uyğunlaşmasına imkan verəcək”.

Nazir onu da qeyd edib ki, Rusiya Silahlı Qüvvələri separatçı Donetsk və Luqansk “Xalq Respublikalarının” “azad edilməsi” planını ardıcıl olaraq yerinə yetirir: “Rusiya ordusu xüsusi əməliyyat zamanı Ali Baş Komandanın qarşıya qoyduğu tapşırıqları yerinə yetirir. Bununla yanaşı, bu ərazilərdə dinc həyatın bərqərar olması üçün tədbirlər görülür”.

Azpost.info

Əvvəlki məqalə

3 ayda Azərbaycan neftdən 1 milyard 866 milyon dollar gəlir əldə edib

Sonrakı məqalə

Peskov “Moskva” kreyserindəki heyətin taleyi barədə danışmaqdan imtina edib