“Rusiya yeni regionları tərk etməyəcək”- LUKAŞENKO

“Ukrayna prezidenti Vladimir Zelenskinin təqdim etdiyi “sülh formulu” real deyil”.

Azpost.info xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

Onun sözlərinə görə, Rusiya yeni regionları tərk etməyəcək.

“Qəbuledilməz təkliflərin irəli sürülməsi onu irəli sürən tərəfin danışıqlara hazır olmaması deməkdir. Zelenskinin düsturu kimi radikal həllər irəli sürməyə ehtiyac yoxdur. Vətənpərvər görünür, amma real deyil.  Ruslar bu gün nə Krımı, nə də o biri regionları tərk edəcəklər.”, – Belarus lideri bildirib.

Azpost.info

Əvvəlki məqalə

“Moskvada Heydər Əliyevə heykəl qoyulsun” –

Sonrakı məqalə

“Bağlı sərhəd ölkəmizi içəridən partlatmaq istəyən qüvvələrin qarşısını kəsdi” –