Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Moskvada Heydər Əliyevə heykəl qoyulsun” –

User 25 Aprel 2024 - 13:02 (Last updated: 21 May 2025 - 20:15)
Əli İnsanov

Əli İnsanov

Haqq-Ədalət Partiyasının sədri, sabiq səhiyyə naziri Əli İnsanov Moskvada ümummilli lider Heydər Əliyevə heykəl qoyulmasını təklif edib. 

Azpost.info bildirir ki, HƏP sədri bu barədə prezident İlham Əliyevin Rusiyaya səfərinin nəticələri ilə bağlı şərhində vurğulayıb.

Ə.İnsanovun sözlərinə görə, H.Əliyev SSRİ-nin dövlət rəhbərlərindən biri olarkən, həm də Rusiya Federasiyasının inkişafında, iqtisadi cəhətdən güclənməsində tarixi rolu olub.

“Sovet İttifaqı Kommunist Partiyası Siyasi Bürosunun üzvü və SSR-i Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrində çalışmış, bu gün də böyük rus xalqı tərəfindən dərin hörmət və ehtiramla yad edilən, zamanəmizin böyük dövlət xadimi Heydər Əliyevin Moskva şəhərində heykəlinin ucaldılması, onun əziz xatirəsinin əbədiləşdirilməsi, tarixi həqiqətlərə verilmiş dəqiq və yüksək qiymət olardı”-deyə Ə.İnsanov bildirib.

2002-ci ilin yanvarında Ulu Öndər Heydər Əliyevin Rusiyaya dövlət səfəri isə 2 qonşu dövlət arasında münasibətlərdə tamamilə yeni mərhələnin əsasını qoyub. Həmin səfər zamanı imzalanan ’’Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Xəzər dənizində əməkdaşlıq prinsipləri haqqında Birgə Bəyənnamə’’ Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi baxımından mühüm sənəd olub.
HƏP sədri deyib ki, Prezident İlham Əliyev də Rusiya ilə ikitərəfli əlaqələrin genişləndirilməsini vacib amil kimi diqqət mərkəzində saxlayır. Prezidentin 2004-cü ilin əvvəllərində Rusiyaya ilk rəsmi səfəri bu baxımdam əlamətdar olub. Dövlət Başçımızın Rusiyaya ardıcıl səfərləri Azərbaycanın bu ölkə ilə dostluq və tərəfdaşlıq əlaqələrinin inkişafına verdiyi önəmi təsdiqləyir.

Ə.İnsanov qeyd edib ki, 2022-ci il fevralın 22-də Moskvada Azərbaycan və Rusiya Prezidentləri tərəfindən imzalanan ‘’Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında’’ Bəyannamə xalqlarımız arasında tarixi dostluq və mehriban qonşuluq ənənələrinə, dərin mədəni və humanitar əlaqələrə əsaslanaraq, dövlətlərarası münasibətlərimizi keyfiyyətçə yeni-müttəfiqlik səviyyəsinə qaldırıb. Ölkələrimiz arasında yüksək səviyyəli qarşılıqlı səfərlər, 260 sənədi əhatə edən genişhüquqlü baza və mütəmadi qaydada keçirilən iqtisadi forum və konfranslar ikitərəfli münasibətlərin inkişafında həlledici rol oynayır.

Post navigation

Previous: Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb
Next: “Rusiya yeni regionları tərk etməyəcək”

Oxşar xəbərlər

5fb00d32-131d-45ae-a848-ff4a2a4e5205
  • Sosial

LDU tələbələrindən uşaq evlərinə sitrus sovqatı

User 23 Oktyabr 2026 - 17:08
asif
  • Sosial

Ölkədə qiymətləndirmə standartlarını kim hazırlamalıdır? – Mütəxəssisdən açıqlama

User 23 Oktyabr 2026 - 16:45
narko
  • Sosial

Narkotacirlər ələ keçdi- 82 kilo narkotik və 6 min həb tutuldu

User 23 Oktyabr 2026 - 16:09

xƏBƏR

melani esas
  • Dünya

Melaniya Tramp Rusiya və Ukrayna arasında atəşkəsi açıqladı – razılaşma oktyabrın 29-da başlayacaq

User 23 Oktyabr 2026 - 17:33
ABŞ-ın birinci xanımı Melaniya Tramp Rusiyaya və Ukraynaya müraciəti nəticəsində Ukraynanın Oleşki şəhərində lokal atəşkəs barədə razılaşma...
Read more about Melaniya Tramp Rusiya və Ukrayna arasında atəşkəsi açıqladı – razılaşma oktyabrın 29-da başlayacaq
LDU tələbələrindən uşaq evlərinə sitrus sovqatı 5fb00d32-131d-45ae-a848-ff4a2a4e5205
  • Sosial

LDU tələbələrindən uşaq evlərinə sitrus sovqatı

User 23 Oktyabr 2026 - 17:08
Ölkədə qiymətləndirmə standartlarını kim hazırlamalıdır? – Mütəxəssisdən açıqlama asif
  • Sosial

Ölkədə qiymətləndirmə standartlarını kim hazırlamalıdır? – Mütəxəssisdən açıqlama

User 23 Oktyabr 2026 - 16:45
Gülmək sağlamlığa necə təsir edir? gulus
  • Maraqlı

Gülmək sağlamlığa necə təsir edir?

User 23 Oktyabr 2026 - 16:36
Narkotacirlər ələ keçdi- 82 kilo narkotik və 6 min həb tutuldu narko
  • Sosial

Narkotacirlər ələ keçdi- 82 kilo narkotik və 6 min həb tutuldu

User 23 Oktyabr 2026 - 16:09
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.