“Rusiya yeni təhlükəsizlik zəmanətləri yaradacaq”- ZAXAROVA

“Rusiya yeni təhlükəsizlik zəmanətləri yaradacaq”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Əl-Cəzirə” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Moskva öz təkliflərini yazılı şəkildə rəsmiləşdirərək Qərb tərəfdaşlarına göndərib. Lakin NATO və ATƏT onları müzakirə etməkdən imtina edib.

“Bir halda ki, müzakirə etməkdən imtina edirlər, təhlükəsizlik zəmanətlərini özümüz yaradacağıq”, – Zaxarova deyib.

Zaxarova onu da qeyd edib ki, NATO-nun Vilnüs sammitində Ukraynaya dəstək üçün yardımların toplanması Kiyev rejiminin ayaqda qaldığını nümayiş etdirmək üçündür.

Azpost.info

Əvvəlki məqalə

Ermənistan Laçındakı mövqeyimizi atəşə tutub, hərbçimiz yaralanıb

Sonrakı məqalə

“İnflyasiyanın 12 faiz səviyyəsində olması arzuolunan deyil” –