“Rusiya Zəngəzurla sərhəddə yaranmış vəziyyətin həlli üçün intensiv işləyir” –

Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev
14 May 2021 - 14:16

“Rusiya Azərbaycan və Ermənistan sərhədində yaranmış vəziyyətin tezliklə həlli üçün bütün səviyyələrdə intensiv işləyir”.

Azpost.info bildirir ki, bu sözləri Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Ermənistanlı həmkarı Armen Qriqoryanla telefon danışığı zamanı bildirib.

Bu gün baş tutan danışıqda tərəflər sərhəddə yaranmış vəziyyətdən çıxış yollarını müzakirə ediblər.  Patruşev məsələnin həlli üçün bütün diplomatik vasitələrdən istifadənin mühümlüyünü qeyd edib.

Xatıladaq ki, Azərbaycan XİN pis hava şəraitinə görə, hərbçilər əvvəl əlçatmaz olan öz mövqelərində yerləşməyə başlayıb. Bakı İrəvanı təşvişə düşməməyə çağıırb.