Rusiyada ən nufuzlu “qanuni oğru” həbsxanada aclıq elan edib

Rusiyanın kriminal mühitinin ən nüfuzlu fıqurlarında biri – “qanuni oğru” Oleq Şişkanov (Şişkan) aclıq aksiyasına başlayıb.

Azpost.info Rusiya KİV-inə istinadən xəbər verir ki, hazırda “Matrosskaya Tişina” həbsxanasında saxlanılan Şişkanın etirazı nəzarətçinin davranışı ilə bağlıdır. Nəzarətçi Yeni il gecəsində “qanuni oğru”ya televizora baxmağı qadağan edib. Şişkan isə buna etiraz olaraq aclığa başlayıb.

“Müvəkkilim “Matrosskaya Tişina” istintaq təcridxanasında aclıq edir. Onunla təcridxananın nəzarətçisi arasındakı münqaişə Yeni il gecəsində baş verib. Nəzarətçi ona televizora baxmağı qadağan edib. Daha sonra isə kameranın elektriki kəsilib. Bununla da ehtiyat ərzaq zay olub”, – deyə “qanuni oğru”nun vəkili Yelena Senin bildirib.

Məlumata görə, aclıq aksiyasına başlayan Şişkan “karser”ə salınıb.

Oleq Şişkanovun adı rusiyalı biznesmenlərdən birinin qətlində hallandırılır. İstintaq Komitəsinin qənaətinə görə, hadisəni Şişkanın adamları törədib. Təbii ki, bu, “qanuni oğru”nun göstərişi ilə baş verib. Bununla belə, Şişkana qarşı Rusiya Cinayət Məcəlləsinin 210.1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Bu maddə kriminal iyerarxiyada yüksək titula sahib olmaqla bağlıdır. Yəni, Şişkan heç bir cinayət törətməsə belə, “qanuni oğru” olduğu üçün bu maddə ilə ən azı 10 il azadlıqdan məhrum edilə bilər. Oleq Şişkanov klassik “oğru ideyası”nın daşıyıcılarından hesab edilir. Bu baxımdan, o, bəzən Rusiyanın bir nömrəli “qanuni oğru”u kimi qəbul edilir.

Abbas

Əvvəlki məqalə

36 britaniyalı məmurun Rusiyaya girişinə qadağa qoyuldu

Sonrakı məqalə

Bu qidalar qan təzyiqini aşağı salmağa kömək edir