Rusiyada 20 dəqiqə ərzində koronavirus aşkarlayan test sistemi hazırlanıb

Rusiya Federal Biotibb Agentliyi koronavirusun aşkarlanması üçün çip əsasında yeni test sistemini təqdim edib. 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu sistem vasitəsilə testin nəticəsini 15-20 dəqiqə ərzində əldə etmək mümkün olacaq.

“İlyarım əvvəl Rusiyanın Səhiyyə naziri Veronika Skvortsovanın göstərişi ilə Troitsk Mühəndislik Mərkəzində Göstərici-Bio cihazı hazırlanıb. Bu gün xüsusi cihaz mikrofluid çiplər əsasında təqdim edilmiş test sistemi bu cihazda istifadə üçün hazırlanıb”, – deyə Rusiya Federal Biotibb Agentliyinin mətbuat xidmətinin məlumatında bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Digər dövlət dəstəyi mexanizmləri üzərində hazırda iş aparılır” –

Sonrakı məqalə

“Müəllimlərin minimal maaşı 1000 manat olmalıdır” –