Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Kriminal

Rusiyada azərbaycanlı ailənin üzvləri qətlə görə məhkum edildi

User 06 Noyabr 2025 - 22:42 (Last updated: 06 Noyabr 2025 - 22:42)
polis rus

Moskva şəhərində motosiklist Kirill Kovalyovun qətlinə görə altı nəfərdən ibarət Abbasovlar ailəsinə hökm oxunub.

AzPost MK-ya istinadla xəbər verir ki, əsas təqsirləndirilən 21 yaşlı Şahin Abbasov motosiklisti bıçaqlayaraq öldürdüyünə görə 17 il müddətinə ciddi rejimli cəzaçəkmə müəssisəsinə göndərilib.

Hadisə 2024-cü ilin 17 aprelində baş verib. Məlumata görə, 24 yaşlı Kirill Kovalyov nişanlısını evinə gətirəndən sonra həyətə daxil olub və səkidə dayanmış Toyota Camry markalı avtomobilin yolu bağladığını görüb. O, avtomobilin sahibinə — Şahin Abbasova yaxınlaşıb və sakit şəkildə irad bildirib. Mübahisə zamanı Şahin kobud cavab verərək qardaşı Şöhrəti köməyə çağırıb. Bir neçə dəqiqə sonra münaqişə davaya çevrilib və bu zaman Şahin bıçaqla motosiklistin qarnına ağır zərbə endirib. Gənc qan itkisindən xəstəxanada dünyasını dəyişib.

İstintaqın müəyyən etdiyinə görə, hadisədən sonra Abbasovlar ailəsi qətl törədən qardaşların qaçmasına kömək etmək üçün plan qurub. Onlar qohumları İsəxanla birlikdə Şahini və Şöhrəti Rostov vilayətinə aparmaq istəyiblər. Yolda iki dəfə yol polisi tərəfindən saxlanılan şəxslər rüşvət verərək keçiblər.

Məhkəmə prosesində Şahin Abbasov qətli etiraf etsə də, bunu “təsadüf” və “özünümüdafiə” kimi qələmə verməyə çalışıb. Lakin tibbi ekspertiza bıçaq zərbəsinin dərinliyinə əsaslanaraq bunun planlaşdırılmamış, lakin məqsədli zərbə olduğunu sübut edib.

Moskva Şəhər Məhkəməsinin qərarına əsasən, Şöhrət Abbasov 12 il, İsəxan Abbasov isə 8 il müddətinə azadlıqdan məhrum edilib və 1,5 milyon rubl məbləğində cərimə ödəməyə məhkum olunub. Ailənin digər üzvləri — ataları Nizami və əmisi Baxtiyar bəraət alaraq azadlığa buraxılıb.

Qurbanın valideynləri 100 milyon rubl məbləğində mənəvi təzminat tələb etsələr də, məhkəmə iddianı qismən təmin edib: Şahindən 2 milyon, Şöhrətdən 1,5 milyon, Nizamidən isə 500 min rubl məbləğində təzminat tutulacaq.

Hadisə Moskva ictimaiyyətində böyük rezonans doğurub. Hər məhkəmə iclasında onlarla motosiklist iştirak edərək qətlə yetirilən gəncin ailəsinə mənəvi dəstək göstərib və ədalətli hökmün çıxarılmasını tələb edib.

AzPost.az

Post navigation

Previous: “Ukrayna “əbədi münaqişə” vəziyyətində qala bilər” –
Next: Ananın uşaqlıq travmaları körpənin xarakterinə təsir göstərə bilər

Oxşar xəbərlər

Həbs
  • Kriminal

ADNSU-da 24 il əvvəl törədilən qətlin üstü açıldı – Şübhəli şəxs həbs edildi

User 06 Noyabr 2026 - 14:02
Aptek
  • Kriminal

Sumqayıtda aptekdən 35 min manat oğurlayan şəxs saxlanıldı

User 05 Noyabr 2026 - 16:56
qeza_polis
  • Kriminal

Bakıda axtarışda olan 74 yaşlı qadın həbs edilib

User 04 Noyabr 2026 - 10:44

xƏBƏR

ölüm
  • Maraqlı

İnsan ölərkən beynində nə baş verir? – Alimlər gözlənilməz fakt aşkarlayıb

User 06 Noyabr 2026 - 16:52
İnsan orqanizminin həyat fəaliyyətinin sona çatdığı kritik anlarda beyində elektrik aktivliyinin qeyri-adi yüksəlişi baş verə bilər. Bu...
Read more about İnsan ölərkən beynində nə baş verir? – Alimlər gözlənilməz fakt aşkarlayıb
ABŞ-ın 3 əsas şəhərində hakimiyyət solçulara keçdi – Tramp üçün təhlükə artır tramp aq ev
  • Dünya

ABŞ-ın 3 əsas şəhərində hakimiyyət solçulara keçdi – Tramp üçün təhlükə artır

User 06 Noyabr 2026 - 16:42
ADSEA Astarada iki kənddə içməli su layihəsi həyata keçirib adsea04
  • Sosial

ADSEA Astarada iki kənddə içməli su layihəsi həyata keçirib

User 06 Noyabr 2026 - 16:34
ABŞ-ın İrana hücumu üçün 9 noyabr tarixi gündəmdə – Pentaqon hazırlaşır abs gemi
  • Dünya

ABŞ-ın İrana hücumu üçün 9 noyabr tarixi gündəmdə – Pentaqon hazırlaşır

User 06 Noyabr 2026 - 16:26
Ağıllı olmaq uğura zəmanət vermir – Uğurlu insanların 5 ortaq xüsusiyyəti aqilli insan
  • Maraqlı

Ağıllı olmaq uğura zəmanət vermir – Uğurlu insanların 5 ortaq xüsusiyyəti

User 06 Noyabr 2026 - 15:05
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.