Rusiyada benzin və dizelin qiyməti bahalaşır

Benzin
Benzin

Rusiyada benzin və dizel yanacağının qiyməti artmaqda davam edir.

Azpost.info RİA-Novosti-yə istinadən bildirir ki, son bir həftədə benzinin qiyməti 0,24%, dizel yanacağının qiyməti 0,06% bahalaşıb.

Qiymətlər ən çox Yamal-Nen Muxtar Dairəsi və Krımda artıb.

Moskva və Sankt-Peterburqda da qiymətlər cüzi artıb.

Energetika Nazirliyi bildirir ki, qiymətlər bir çox amillərin, o cümlədən mövsümün və bazar şəraitinin təsiri altında formalaşır. Bununla yanaşı, nazirlik əmin edib ki, payız mövsümü ərəfəsində bazarda sabitliyi təmin etmək üçün yanacaq ehtiyatları kifayət qədərdir.

Rusiyada benzinin xaricə ixracına qoyulan qadağa qüvvədədir və bazarı sabitləşdirmək üçün ilin sonuna qədər uzadılıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.