Rusiyada böyük şirkətlərdən xarici valyutalarını təhvil vermək tələb edilir- Hökumət bir həftə vaxt verdi

Rusiya hakimiyyəti 2024-cü il prezident seçkiləri ərəfəsində rublun məzənnəsini gücləndirmək üçün ən böyük şirkətlərdən xarici valyuta tələb edir.

Azpost.info xəbər verir ki, bazar ertəsi dolların məzənnəsi 100 rubl həddini keçəndə ixracatçıların nümayəndələri valyuta bazarının sabitləşdirilməsi tədbirlərini müzakirə etmək üçün hökumət və Mərkəzi Bankın rəhbərliyi ilə görüşə çağırılıblar.

Bu barədə “İnterfaks” müzakirənin üç iştirakçısına istinadən xəbər verir.

İclasda Rusiyaya əsas valyuta tədarükçüləri – dövlət korporasiyaları və milyarder şirkətlərə rublun məzənnəsini sabitləşdirmək üçün əldə etdikləri xarici valyutaları satmaq tövsiyə olunub. Bu, bir həftə ərzində edilməli və hesabat verilməlidir. Əks halda, hakimiyyət orqanları direktiv olaraq demək olar ki, bütün ixrac valyutasının məcburi satışını tətbiq edəcəklər.

İxracatçılarla görüş Kremlin Mərkəzi Bankdan “güclü rubl” təmin etməyi tələb etməsindən az sonra baş tutub.
Devalvasiya istər-istəməz inflyasiyanı sürətləndirəcək və bu prosesin pik nöqtəsi məhz gələn il keçiriləcək seçkilərə düşəcək.

“Bloomberg Economics”in rusiyalı iqtisadçısı Aleksandr İsakov bildirib ki, 6 aydan sonra “məzənnə şokunun” qiymətlərə təsiri maksimum olacaq və bu o deməkdir ki, 2024-cü ilin yazına qədər istehlakçı inamının səviyyəsi minimum səviyyədə olacaq.

Azpost.info

 

Əvvəlki məqalə

Sabah hava necə olacaq?

Sonrakı məqalə

Azərbaycan Qarabağ ermənilərinə Füzuli – Şuşa yolunu da təklif edib –