Rusiyada bu miqrantların valideynlik hüququndan məhrum edilməsi təklif olunur

Rusiyada övladlarına təhsil vermək istəməyən miqrantları valideynlik hüququndan məhrum etmək təklif olunur.

Azpost.info xəbər verir ki, təklifi Prezident yanında İnsan Hüquqları Şurasının rəhbəri Valeri Fadeyev irəli sürüb.

Onun sözlərinə görə, valideynlər övladlarını oxutmağa borcludurlar.

“Valideynlərin hüquqları ilə yanaşı vəzifələri də var. Onlar övladlarını təhsillə təmin etməlidirlər. Əgər Rusiyada bütün uşaqların təhsil alması qəbul edilirsə, o zaman onlar da bunu etməlidirlər. Yox, etməsələr, valideynlik hüququndan məhrum olunmalıdırlar”, – Fadeyev bildirib.

Azpost.info

Əvvəlki məqalə

Prezident İlham Əliyev Almaniyaya səfərə gedib

Sonrakı məqalə

Britaniya səfiri Füzulidə minatəmizləmə işləri ilə tanış olub