Rusiyada bu xəstəliyi olan vətəndaşlar səfərbərliyə çağrılmayacaq –Şoyqu əmr imzaladı

Rusiyada səfərbərlik və hərbi vəziyyət dövründə vətəndaşların müqavilə əsasında Silahlı Qüvvələrə qəbul edilə bilməyəcəyi xəstəliklərin siyahısını təsdiqləyib.

Azpost.info bildirir ki, bu barədə Rusiya müdafiə naziri  Şoyqu sərəncam imzalayıb. Sərəncam rəsmi hüquqi informasiya portalında dərc olunub.

Rusiya vətəndaşlarının, habelə hərbi xidmətə qismən yararlı hesab edilən əcnəbilərin səfərbərlik dövründə, hərbi vəziyyət dövründə və müharibə dövründə Rusiya Silahlı Qüvvələrində müqavilə əsasında xidmət edə bilməyəcəyi xəstəliklər arasında HİV, hepatit B və C, aktiv vərəmin bütün formaları, 1-ci tip şəkərli diabet, psixoaktiv maddələrin istifadəsi nəticəsində yaranan psixi və davranış pozğunluqları, həmçinin digər xəstəliklər var.

Qeyd edək ki, iyunun sonunda Rusiya lideri Vladimir Putin cinayət keçmişi olan vətəndaşların hərbi vəziyyət dövründə müqavilə əsasında hərbi xidmətə çağırılmasına icazə verən qanun imzalayıb. Ağır cinayətlərə görə məhkum olunanlar istisna edilib. Bundan əlavə, qanun sağlamlıq imkanları məhdud vətəndaşlara müqavilə bağlamağa icazə verir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.