Rusiyada binada baş verən partlayış zamanı ölənlərin sayı artıb –

YENILƏNİB
21 Avqust 2020 - 21:49

Rusiyanın Yaroslavl şəhərində yaşayış binasında qaz sızması nəticəsində baş verən partlayışda ölənlərin sayı 4 nəfərə çatıb.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Regional xidmətindən bildirilib.

Qeyd edilib ki, partlayışdan sonra yanğın baş verib. 60 nəfərdən çox sakin binadan təxliyə edilib.

**

Rusiyanın Yaroslavl şəhərində yaşayış binasında partlayış baş verib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Regional xidmətindən bildirilib.

İlkin məlumata görə, Batova küçəsindəki 5 nömrəli binada qaz sızması nəticəsində baş verən partlayış zamanı bir nəfər ölüb, üç nəfər yaralanıb.

Binanın 3-5-ci mərtəbələrinin ön hissəsi çöküb.

Zərərçəkənlərlə bağlı məlumatlar dəqiqləşdirir.