Rusiyada dəmir yolunda partlayış olub, 19 vaqon aşıb

Rusiyanın Ryazan vilayətində partlayış nəticəsində 19 yük vaqonu relsdən çıxaraq aşıb.

Bu barədə Moskva Dəmir Yolları məlumat yayıb.

Hadisə “Rıbnoye-Blok post” keçidində baş verib. Qəza nəticəsində maşinist köməkçisi xəsarət alıb. Rusiya İstintaq Komitəsi hadisə ilə bağlı araşdırmaya başlayıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.