Rusiyada həbsdə olan “qanuni oğru” “Hacı Beyləqanski”yə yeni cinayət işi açılıb

Rusiyada həbsdə olan azərbaycanlı “qanuni oğru” Hacı “Beyləqanski”yə (Hacıbaba Talıbxanlı) qarşı Cinayət məcəlləsinin 210.1 maddəsi ilə iş açılıb. 

Azpost.info “Moslenta”ya istinadən bildirir ki, bu barədə Rusiya İstintaq iKomitəsinin Moskva vilayəti üzrə Baş idarəsinin yaydığı məlumat deyilir.

Məlumatda bildirilir ki, 10 il əvvəl törətdiyi cinayətə görə, cəza çəkən 40 yaşlı kişiyə qarşı cinayət işi açılıb. “Ona ittiham aktı elan edildikdən sonra Voronej vilayətindəki islah düşərgəsindən Moskvaya etap olunacaq“-deyə Baş idarə rəhbərinin köməkçisi Yuliya İvanova bildirib.

Cinayət Məcəlləsinin adı çəkilən maddə “cinayətkar iyerarxiyada yüksək mövqe tutmaq”la bağlıdır.

Hüquq -mühafizə orqanlarındakı mənbənin “Moslent”ə verdiyi məlumata görə, cinayət işi Azərbaycan vətəndaşı, kriminal aləmdə Hacı Beyləqanski” kimi tanınan Hacıbaba Talıbxanlıya qarşı qaldırılıb. O, 12 aprel 2012-ci ildə “qanuni oğru” İlqar Cəbrayılovu qətlə yetirdiynə görə həbs edilib. Məhkəmə ona 19 il cəza verib.

Hacı Beyləqanski tanınmış “qanuni oğru” mərhum Rövşən Lənkəranskinin yaxın adamlarından sayılırdı. O, nufuz savaşı uğrunda savaşda digər kriminal avtoritet, “qanuni oğru” Aslan Usoyanın adamı sayılan İlqar Cəbrayılovu öldürməklə “qanuni oğru” adını alıb.

Azpost.info

 

 

 

Əvvəlki məqalə

Ceyhun Bayramov İrana dəvət edilib

Sonrakı məqalə

“Polşaya raket atmağımız barədə bəyanatlar təxribatdır” –