Rusiyada hərbi əməliyyatın iştirakçılarına dəstək üçün dövlət fondu yaradılır

Rusiyada xüsusi hərbi əməliyyatının iştirakçılarına dəstək üçün “Vətənin müdafiəçiləri” fondu yaradılır.

Azpost.info xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin fondunun yaradılması ilə bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, Rusiya Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko fondun Müşahidə Şurasının sədri təyin edilib.

“Xüsusi hərbi əməliyyat iştirakçılarının və onların ailə üzvlərinin layiqli yaşamını və aktiv fəaliyyətini təmin edən şərait yaratmaq üçün qərara alıram – “Vətənin müdafiəçiləri” dövlət fondunun yaradılması məqsədəuyğun hesab edilsin”, – sənəddə deyilir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.