Rusiyada hündürmərtəbəli taxta evlər tikiləcək- Nazirdən AÇIQLAMA

Rusiyada doqquz mərtəbəli taxta evlərin inşası planlaşdırılır.

Azpost.info xəbər verir ki, bu barədə Rusiyanın tikinti naziri İrek Fayzullin bildirib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə araşdırma aparılır.

“Bu cür layihələrin reallaşmasl Fövqəladə Hallar Nazirliyi və “Rospotrebnadzor”la birlikdə hazırladığımız normativ baza ilə tənzimlənir”, – nazir bildirib.

O qeyd edib ki, Rusiyada artıq dörd mərtəbəli taxta evlər tikilir. İlk belə binalar Voloqda vilayətinin Sokol şəhərində inşa edilib.

Fayzullin əlavə edib ki, layihə üzrə işlər 2023-cü ildə başa çatdırılacaq.

Belə mənzillərə tələbatı artırmaq üçün hakimiyyət güzəştli ipoteka proqramı hazırlamağı planlaşdırır.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.