Rusiyada martın 26-da koronavirusa yoluxma ilə bağlı 182 fakt qeydə alınıb.
“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin əməliyyat qərargahı məlumat yayıb.
Bildirilib ki, yoluxma Rusiyanın 56 regionunda qeydə alınıb. Ümumilikdə isə martın 26-dək ölkə ərazisində 840 yoluxma müəyyən olunub, onlardan 38 nəfər sağalıb.