Rusiyada koronavirusa yoluxanların sayı 18 min 238 nəfərə çatıb –

148 nəfər ölüb
13 Aprel 2020 - 12:02

Rusiyada son sutka ərzində daha 2558 nəfər koronavirusa yoluxub.

Operativ Qərargahın verdiyi məlumata görə, Rusiya ərazisində “COVİD-19” virusuna yoluxanların sayı 18238 nəfərə çatıb.

Son sutka ərzində 18 nəfərin öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı isə 148-a çatıb. Sağalanların sayı 1470 nəfərdir. (APA)