Rusiyada koronavirusa yoluxanların sayı 745 mini keçib

Rusiyada son sutka ərzində daha 6 422 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 746 369 nəfərə çatıb.

Son sutka ərzində 156 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 11 770 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 523 249 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Braziliya, Hindistandan sonra dördüncü yerdə gəlir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Milli Məclis Aparatı məlumat yaydı

Sonrakı məqalə

Səid Dadaşbəyli azadlığa çıxdı