Səid Dadaşbəyli azadlığa çıxdı

Dövlət çevrilişinə cəhd və vətənə xəyanətdə təqsirli bilinərərək azadlıqdan məhrum edilən Səid Dadaşbəyli azadlığa buraxılıb.

“Report” xəbər verir ki, onun 14 illik azadlıqdan məhrumetmə cəzası başa çatıb.

Qeyd edək ki, keçmiş Milli Təhlükəsizlik Nazirliyinin keçridiyi əməliyyatla saxlanılan S.Dadaşbəyli və daha 14 nəfər Cinayət Məcəlləsinin 218-ci maddəsi (cinayətkar birlik yaratma), 274-ci maddəsi (dövlətə xəyanət), 28.2-ci maddəsi (yalnız ağır və xüsusilə ağır cinayətlərin törədilməsinə yönəlmiş hazırlıq), 180.3.1-ci maddəsi (soyğunçuluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 278-ci maddəsi (hakimiyyəti zorla ələ keçirmə və zorla saxlama), 228-ci maddəsi (qanunsuz odlu silah saxlama), 204-cü maddəsi (saxta pul və qiymətli kağzlar hazırlama və ya satma), 234-cü maddəsi (qanunsuz olaraq narkotik vasitələri saxlama və daşıma) maddələri ilə təqsirli bilinərək 12-14 il arası azadlıqdan məhrum edilmişdilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rusiyada koronavirusa yoluxanların sayı 745 mini keçib

Sonrakı məqalə

Milli Məclisin binası qarşısında baş verənlərlə bağlı cinayət işi başlanıb, saxlanılanlar var