Rusiyada koronavirusu müalicə edən dərman preparatının klinik tədqiqatına başlanılıb

Rusiyada koronavirus infeksiyasını müalicə edən dərman preparatının klinik tədqiqatına başlanılıb.

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə Federal Tibbi Bioloji Agentlik məlumat yayıb.

Məlumatda koronavirus xəstələri üçün “Mefloxin”, Hidroksixloroxin” və “Kolidavir” preparatlarının klinik tədqiqatına başlanıldığı bildirilib.

Həmin preparatların sınağı A. İ. Burnazyan adına Federal Tibbi Biofizika Mərkəzində aparılacaq.

Qeyd edək ki, bir müddət öncə Federal Tibbi Bioloji Agentlik koronavirus infeksiyasının müalicəsi üçün malyariya əleyhinə olan “Mefloxin” preparatı əsasında yaradılan preparatı təqdim edib. “Farmzaşita” Elmi İstehsalat Mərkəzi tərəfindən preparatın hazırlanmasında Çin və Fransanın təcrübəsindən istifadə olunub. Agentlik rəhbəri, Rusiyanın keçmiş Səhiyyə naziri Veronika Skvartsova yeni preparatın koronavirus infeksiyasının təsir effektini blokladığını söyləyib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir