Rusiyada naməlum adamlar orta məktəbi atəşə tutublar –

8 şagird həlak olub, məktəbdə partlayış baş verib
11 May 2021 - 12:10

Rusiyanın Tatarıstan Respublikasının Kazan şəhərinə orta məktəbdə silahlı insident baş verib.

Hadisə nəticəsində 11 nəfər həlak olub. 8 nəfəri şagirddir.

Dörd nəfərin yaralandığı bildirilib. İki şagird binadan aşağı tullandıqlarına görə xəsarət alıblar.

İlkin məlumatlara görə, naməlum şəxslər təhsil müəssisəsində atəş açıblar. Məktəbdə partlayış da baş verib.

Hazırda məktəbdən şagirdlərin təxliyəsi həyata keçirilir.