Rusiyada qəzaya uğramış sərnişin təyyarəsinin qalıqları tapılıb

06 İyul 2021 - 14:14

Xilasedicilər Kamçatkada qəzaya uğrayan An-26 təyyarəsinin qalıqlarını aşkar ediblər.

Bu barədə Rusiya Federal Hava Nəqliyyat Agentliyindən bildirilib. Qeyd olunub ki, təyyarənin qalıqları hava limanından 3,8 km uzaqlıqda, Palan qəsəbəsinin yaxınlığında tapılıb.

Təyyarə Petropavlovsk-Kamçatkadan Palan qəsəbəsinə uçuş yerinə yetirərkən eniş zamanı radarlardan itib. Ehtimala görə, təyyarə təpəyə çırpılıb. Qəza nəticəsində sağ qalanların olmadığı bildirilir.

Çətin coğrafi landşaft axtarışların aparılmasını çətinləşdirir.