Rusiyada qəzaya uğramış sərnişin təyyarəsinin qalıqları tapılıb

Xilasedicilər Kamçatkada qəzaya uğrayan An-26 təyyarəsinin qalıqlarını aşkar ediblər.

Bu barədə Rusiya Federal Hava Nəqliyyat Agentliyindən bildirilib. Qeyd olunub ki, təyyarənin qalıqları hava limanından 3,8 km uzaqlıqda, Palan qəsəbəsinin yaxınlığında tapılıb.

Təyyarə Petropavlovsk-Kamçatkadan Palan qəsəbəsinə uçuş yerinə yetirərkən eniş zamanı radarlardan itib. Ehtimala görə, təyyarə təpəyə çırpılıb. Qəza nəticəsində sağ qalanların olmadığı bildirilir.

Çətin coğrafi landşaft axtarışların aparılmasını çətinləşdirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Amerikalı bloqer dağıdılmış Qarabağdan görüntülər paylaşdı –

Sonrakı məqalə

Vətən Müharibəsində ziyan dəymiş obyektlərin bərpası üçün 30 milyon ayrıldı –