Xilasedicilər Kamçatkada qəzaya uğrayan An-26 təyyarəsinin qalıqlarını aşkar ediblər.
Bu barədə Rusiya Federal Hava Nəqliyyat Agentliyindən bildirilib. Qeyd olunub ki, təyyarənin qalıqları hava limanından 3,8 km uzaqlıqda, Palan qəsəbəsinin yaxınlığında tapılıb.
Təyyarə Petropavlovsk-Kamçatkadan Palan qəsəbəsinə uçuş yerinə yetirərkən eniş zamanı radarlardan itib. Ehtimala görə, təyyarə təpəyə çırpılıb. Qəza nəticəsində sağ qalanların olmadığı bildirilir.
Çətin coğrafi landşaft axtarışların aparılmasını çətinləşdirir.