Rusiyada “İsgəndər” raketlərinin ixtiraçısı, 74 yaşlı Vladimir Nedoşivin öldürülüb.
AzPost Rusiya mediasına istinadən bildirir ki, ladimir Nedoşivin sərxoş halda əlbəyaxa davada öldürülüb. Onu santexnik qonşusu pilləkənlərdən aşağı itələyib.
O, 9 May Qələbə Günündə yaşadığı binanın girişində tapılıb və həkim çağırılıb. Kişi xəstəxanaya aparılsa da, bir neçə gün sonra dünyasını dəyişib.
Nedoşivin qonşusu, 32 yaşlı santexnik Anatoli Kolobaytsevin ona vurduğu bədən xəsarətlərindən ölüb. Santexnik hərəkətini onunla izah edib ki, Nedoşivin birinci mərtəbənin giriş hissəsində təbii ehtiyacını ödəyirmiş. Bu da santexnikin xoşuna gəlməyib və o qoca kişini pilləkənlərdən aşağı itələyib.
Nedoshivinin 74 yaşı var idi. O, alkoqol aludəçisi olub. O, Mexanika Mühəndisliyi konstruktor bürosunda işləyib, bir sıra patentlərə sahib olub. Lakin təqaüdə çıxandan sonra unudulub və içkiyə qurşanıb.