Rusiyada təhlükəsizlik qüvvələrinə müqavimət göstərən terrorçu öldürülüb

Rusiyanın Simferopol bölgəsində Federal Təhlükəsizlik Bürosunun (FTB) Krım şöbəsi üzrə əməkdaşları tərəfindən beynəlxalq axtarışda olan terror təşkilatlarının üzvü zərəsizləşdirilib.

Bu barədə FTB-nin mətbuat xidməti məlumat yayıb.

FTB və Milli Qvardiyanın xüsusi təyinatlı dəstələrinin birgə həyata keçirdiyi əməliyyat zamanı terrorçu silahlı müqavimət göstərib. Bu zaman qarşı tərəfin cavab atəşi ilə o öldürülüb.

Hadisə ilə bağlı təcili istintaq hərəkətləri başlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dünyada son sutkada koronavirusa 643 mindən çox yoluxma qeydə alınıb

Sonrakı məqalə

BMT Təhlükəsizlik Şurası Fələstinlə bağlı təcili iclas çağırıb