Rusiyada tələbə kollecə silahlı hucum edib-1 ölü, üç yaralı var

Rusiyanın Krasnodar diyarının Anapa şəhərində texniki kollecdə atışma baş verib.

Nəticədə 1 nəfər ölüb, üç nəfər yaralanıb.

Yerli medianın məlumatına görə, hücum edən şəxs saxlanılıb.

Hücum edən şəxsin kollecin avtomobil mexaniki ixtisası üzrə birinci kurs tələbəsi, 17 yaşlı İlya O. olduğu məlum olub. Onun TOZ-34ER ov tüfəngi ilə silahlandığı bildirilib.

Daxili İşlər Nazirliyi Anapadakı atışmada bir nəfərin öldüyünü, üç nəfərin yaralandığını açıqlayıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.