Rusiyada xuliqanlıq edən miqrantların ölkədən qovulması təklif olunur- AÇIQLAMA

“Bu gün Rusiyada miqrantların 70 faizi dövlət tərəfindən idarə olunmur, ona görə də ölkəyə gələn insanların axını azaldılmalı, onlara nəzarət gücləndirilməlidir”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Prezident yanında İnsan Hüquqları Şurasının üzvü Kiril Kabanov bildirib.

Onun sözlərinə görə, miqrantın deportasiya edilməli olduğu cinayətlərin siyahısını xırda xuliqanlığa qədər genişləndirmək lazımdır.

“Xırda xuliqanlığa görə də ən azı 20 il geri qayıtmaq hüququ olmadan ölkəmizdən qovulmalıdırlar”, – Kabanov təklif edib.

Rusiya İstintaq Komitəsinin məlumatına görə, təkcə bu ilin birinci rübündə miqrantlar tərəfindən törədilmiş cinayətlər üzrə 550-dən çox cinayət işi başlanıb.

Daxili İşlər Nazirliyinin məlumatına görə, 2023-cü ilin 6 ayı ərzində Rusiyada əcnəbilər 22,4 min cinayət törədiblər. Bu, 2022-ci illə müqayisədə 6,3 faiz çoxdur.

Azpost.info

Əvvəlki məqalə

Qaxda meşədə bir nəfər itkin düşüb

Sonrakı məqalə

Azərbaycan Ordusunun əsgəri özünü güllələyərək öldürüb