Rusiyada yaşayan miqrantlara XƏBƏRDARLIQ: Fevralın 5-dən…

Rusiyada fevralın 5-dən etibarən daxili işlər orqanlarına ölkə ərazisində qeyri-leqal yaşayan miqrantların məhkəmə qərarı olmadan deportasiya etməyə imkan verən qanun qüvvəyə minəcək.

Ölkə.az xəbər verir ki, bunu Dövlət Dumasının sədri Vyaçeslav Volodin “Teleqram” hesabında yazıb.

Onun sözlərinə görə, həmin tarixdən miqrasiya qanunvericiliyinin pozulması səbəbindən əcnəbilərə cərimələrin tətbiqinə də başlanılacaq.

V. Volodin ölkəyə giriş-çıxış qaydalarının pozulması,

habelə adları xüsusi nəzarət altında olan əcnəbilərin,

eləcə də Rusiya ərazisində qeyri-qanuni yaşayan şəxslərin olduqları yer barədə polisi məlumatlandırmasının vacibliyini də vurğulayıb.

Qeyd edək ki, bu qaydalara əməl etməyənlər Rusiyada mənzil və ya avtomobil almaq, kredit üçün banklara müraciət etmək, nikaha daxil olmaq, habelə ölkə ərazisində sərbəst hərəkət hüququndan məhrum olunacaq.

Xatırladaq ki, Rusiya xeyli azərbaycanlı miqrant var.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.