“Rusiyada ərzaq məhsulları Amerikadan dörd dəfə ucuzdur”.
Azpost.info xəbər verir ki, bunu Putindən müsahibə alan amerikalı jurnalist Taker Karlson bildirib.
Rusiyaya səfəri zamanı Karlson supermarketə baş çəkib və oradan 9481 rublluq ərzaq alıb.
“Əgər siz Rusiyada ərzaq mağazasına girsəniz və qiymətini görsəniz, bu, sizi kökündən bizim liderlərə qarşı çıxaracaq. Mən məhz bunu hiss edirəm”, – Karlson deyib.
Karlson supermarketdən dörd nəfərlik bir ailəyə bir həftə kifayət edəcək yemək alıb. Onların arasında çörək, un, şərab və digər məhsullar olub. Jurnalist 9481 rubl (təxminən 104 dollar) xərcləyib. Onun sözlərinə görə, ABŞ-da bunun üçün 400 dollar ödəməli olacaqdı.
Bundan başqa, Karlson Rusiya mağazalarında “Snickers”, “Mars” və “Bounty” şokoladlarının olmasından təəccüblənib və bunun qanunla qadağan edilməli olduğunu zarafat edib.
Karlson həmçinin etiraf edib ki, atası 1990-cı ildə Moskvanın Tverskaya küçəsində ilk “McDonald’s” restoranının açılışında olub.
Azpost.info