Rusiyalı istifadəçilərin populyar komputer şriftlərinə girişi bloklandı

Rusiyalı istifadəçilərin “Times New Roman”, “Arial”, “Verdana”, “Tahoma” və “Helvetica” şriftlərinə girişi bloklanıb.

Azpost.info xəbər verir ki, qadağanı bu şriftlərin hüquqlarına sahib olan ABŞ-ın “Monotype” şirkəti qoyub.

Məlumata görə, Rusiyada “Monotype” veb-saytı mövcuddur. Lakin şriftlər kataloqu ilə səhifə açmaq istəyərkən istifadəçiyə girişin qadağan edildiyi barədə mesaj gəlir: “Yəqin ki, sayt sahibi sizin sayta daxil olmağınıza mane olan məhdudiyyətlər qoyub”, – mesajda deyilir.

Lakin VPN xidmətindən istifadə edərkən səhifə açılır və istifadəçi platformada qeydiyyatdan keçərkən şriftlərə giriş əldə edir. Martın əvvəlində “Microsoft” Rusiyada satışın dayandırıldığını elan edib. Hazırda Rusiyada şirkətin yalnız bu qərardan əvvəl idxal olunan məhsullarını almaq mümkündür.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.