“RİA Novosti”-nin hərbi müxbiri Ukraynadakı müharibə zonasında öldürülüb

“RİA Novosti”nin hərbi müxbiri Rostislav Juravlev xüsusi hərbi əməliyyat zonasında həlak olub.

Azpost.info xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Agentliyin məlumatına görə, Juravlev bir qrup jurnalistin Ukrayna Silahlı Qüvvələrinin atəşinə məruz qaldığı Pyatixatki kəndi yaxınlığında ölüb.

Məlumata görə, fotojurnalist Konstantin Mixalçevski də yaralanıb. Onun vəziyyəti barədə məlumat verilmir.

Bundan başqa, “İzvestiya”nın müxbiri Roman Polşakov 4 qəlpə yarası alıb, operator Dmitri Şilkovun yumşaq toxumalarında qəlpə və kiçik sınıq var. Onlar hər ikisi xəstəxanaya çatdırılıb.

Eyni zamanda, TASS-ın və “Rossiya” telekanalının jurnalistləri də atəşə tutulub.

2022-ci ilin iyulunda “RİA Novosti” Juravlevin “Qızıl Qələm” mükafatına layiq görüldüyünü bildirmişdi. Hərbi müxbir peşə fəaliyyətini yerinə yetirərkən göstərdiyi şücaətə görə mükafatlandırılmışdı.

Azpost.info

Əvvəlki məqalə

“Paşinyandan insan haqlarından sui-istifadəyə son qoymağı tələb edirik”

Sonrakı məqalə

Rusiya səfiri Polşa XİN-ə çağırılıb