Rusiyalı məmurun nəvəsi Latviyada qolf turnirindən kənarlaşdırılıb- FOTO

Latviya Qolf Federasiyası Rusiya baş nazirinin keçmiş müavini Viktor Xristenkonun nəvəsi olan 14 yaşlı Mariya Xristenkonu yeniyetmələr arasında ölkə çempionatında iştirakdan kənarlaşdırıb.

Azpost.info xəbər verir ki, idmançının milliyyəti ilə bağlı vəziyyət aydınlaşana qədər qərar qüvvədə qalacaq.

Mariya özü sosial şəbəkələrdə İspaniyada yaşadığını, həm Latviya, həm də Rusiyanı təmsil etdiyini bildirib.

Baltikyanı ölkənin reytinqində o, 50-ci yeri tutur və rus, Avropada isə Latviyanın nümayəndəsi kimi qeyd olunur. Hər iki siyahıda onun Yurmala qolf klubunun məşqçisi olduğu qeyd olunub.

İdmana cavabdeh olan Latviyanın Təhsil və Elm Nazirliyi qolfçu ilə bağlı vəziyyəti qiymətləndirmək üçün Daxili İşlər Nazirliyinə müraciət edib. İdman departamentinin direktoru Vladimir Şteynberqs Rusiyaya sanksiya tətbiq olunan şəxslərin nümayəndələrinin Latviyanı təmsil etməsindən təəccübləndiyini bildirib.

“Putinin yaxın adamlarının qohumlarının ölkəmizdə yaşaması təəccüblüdür”, – Şteynberqs deyib.

O, həmçinin xatırladıb ki, şəxs 25 yaşına çatdıqdan sonra hansı ölkəyə mənsub olmaq istədiyini seçməli olacaq, çünki Latviya qanunvericiliyinə görə, hər iki vətəndaşlığı əbədi saxlamaq mümkün deyil.

Dövlət Təhlükəsizlik Xidməti qeyd edib ki, onlar Mariya Xristenkonu tanıyırlar, lakin bu iş Latviyanın milli təhlükəsizliyinə birbaşa təhdidlə bağlı deyil.

Azpost.info

Əvvəlki məqalə

Sumqayıtda qadın ərini qətlə yetirib

Sonrakı məqalə

DİM kolleclərə qəbulun nəticələrini “Abituriyent”in xüsusi buraxılışında nəşr edib