Rusiyalı milyarderlərin sərvəti ilin əvvəlindən 32 milyard artıb- “Bloomberg"

Rusiyanın ən varlı sahibkarlarının sərvəti 2023-cü ilin əvvəlindən 32,341 milyard dollar artıb.

Azpost.info xəbər verir ki, bunu “Bloomberg Billionaires Index”in reytinqi ortaya qoyub.

“Lukoyl” neft şirkətinin həmsahibi və təsisçisi Vahid Ələkbərovun sərvəti 5,9 milyard dollar artaraq 21,3 milyard dollara çatıb.

2022-ci ilin aprelində o, Rusiyanın Ukraynaya təcavüzünün başlamasından sonra tətbiq edilən sanksiyalara görə şirkətin direktorlar şurasını tərk edib. Bu, onun rus milyarderləri arasında dördüncü, “Bloomberg” dünya reytinqində isə 83-cü yeri tutmasına mane olmayıb.

“Nornikel” şirkətinin sahibi Vladimir Potanin “Bloomberg” siyahısında bütün ruslardan öndədir. Onun kapitalı 1,23 milyard dollar artaraq 29,8 milyard dollara çatıb.

Rusiyalı milyarderlər arasında sərvətinə görə ikinci yeri “Novatek”in həmsahibi Leonid Mixelson tutub və kapitalını 2,73 milyard dollar artıraraq 27,4 milyard dollara çatdırıb

İlk üçlüyü Novolipetsk dəmir-polad zavodunun əsas sahibi Vladimir Lisin bağlayıb. Onun sərvəti 4,98 milyard dollar artaraq 24,8 milyard dollara çatıb.

Azpost.info

Əvvəlki məqalə

Bu gecə Super Ay müşahidə olunacaq

Sonrakı məqalə

Şeyx Misirin Azərbaycandakı səfiri ilə görüşüb