Rusiyanı 1 milyona yaxın insan tərk edib- Ölkələr+RƏQƏMLƏR

2022-ci ildə Özbəkistan, Qırğızıstan, Tacikistan, Monqolustan və Ermənistana rekord sayda Rusiya vətəndaşı gedib.

Azpost.info xəbər verir ki, bu barədə Rusiya Sərhəd Xidmətinin məlumatında deyilir.

Rusiyadan gedişlərin pik həddi üçüncü rübə təsadüf edib ki, bu da sentyabrda ölkədə qismən səfərbərliyin elan edilməsi ilə bağlı ola bilər.

“Meduza” öyrənib ki, Monqolustana gedənlərin sayı il ərzində 989 faiz, Gürcüstana 475 faiz, Qazaxıstana 234 faiz, Tacikistana 212 faiz, Özbəkistana 99 faiz artıb. Bundan başqa, 2022-ci ildə rusların İsrailə uçuşlarının sayı iki dəfə artaraq 100 mini keçib.

Bu rəqəmlər son 5 ilin ən yüksək göstəricisi hesab olunur. Lakin statistika yalnız sərhəd keçidlərinin sayını nəzərə alır ki, bu da mütləq mühacirəti əhatə etmir. Belə ki, bura istirahət, iş və şəxsi məqsədlər üçün səfərlər də daxildir.

“Novaya qazeta” isə demoqraflara istinadən yazır ki, ötənilki mühacirət dalğası 400-800 min nəfəri əhatə edib. Digər ekspertlər bu rəqəmin 1 milyona qədər olduğunu bildirirlər.

2022-də Rusiyadan gedənlərin 100 000-dən çoxu Gürcüstanda, 100 000-dən çoxu isə Qazaxıstanda qalıb. 50-100 min Serbiyaya, 40 minə yaxın Ermənistana üz tutub. Təxminən 35 min Rusiya vətəndaşının hər biri İsrail, Qırğızıstan və Avropa İttifaqı ölkələrinə gedib.

Azpost.info

 

Əvvəlki məqalə

Azərbaycan, Türkiyə və Türkmənistan arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında saziş

Sonrakı məqalə

Çin Blinkenin Pekinə səfərinin ləğv olunmasına münasibət bildirib