“Rusiya Avropa üçün ən böyük təhdiddir”- BERBOK

Almaniyanın xarici işlər naziri Annalena Berbok Rusiyanı yaxın gələcək üçün Avropanın ən böyük təhlükəsizlik təhdidi adlandırıb.

Azpost.info xəbər verir ki, bu barədə o, “Zeit” nəşrinə müsahibə verib.

“Biz Avropanın hər kvadrat santimetrini və azadlığımızı qoruyacağıq”, – XİN başçısı deyib.

Müdafiə sahəsinə investisiya qoyuluşunun zəruriliyini şərh edən Berbok hesab edir ki, bu baxımdan Aİ-nin Ukrayna ilə bağlı mövqeyi aydın və birmənalı olmalıdır.

Azpost.info

Əvvəlki məqalə

Sertifikasiyada 58 bal toplayan müəllim –

Sonrakı məqalə

Büdcədə əmək pensiyaları üçün ödəniş xərcləri artırılıb