“Rusiyanın dövlət mediası tezliklə Afrikada fəaliyyətə başlayacaq”- PUTİN

“Rusiya Afrika ilə çoxşaxəli münasibətlərin inkişafında maraqlıdır və qitə ölkələrinə vahid informasiya məkanı yaratmağı təklif edir”.

Azpost.info xəbər verir ki, bunu prezident Vladimir Putin Rusiya-Afrika sammitində bildirib.

Onun sözlərinə görə, Rusiyanın dövlət mediası yaxın vaxtlarda Afrika dövlətlərində fəaliyyətə başlayacaq: “TASS, “Rossiya Seqodnya”, RT telekanalı, VGTRK və “Rossiyskaya qazeta” nümayəndəliklərinin açılmasına hazırlaşır. Biz Rusiya və Afrikada ümumi informasiya məkanının yaradılması istiqamətində işləməyi təklif edirik ki, bu məkan çərçivəsində dünyada baş verən hadisələr haqqında obyektiv, qərəzsiz məlumat Rusiya və Afrika auditoriyalarına çatdırılsın”.

Putinin sözlərinə görə, Afrika ilə kütləvi kommunikasiyalar sahəsində əməkdaşlığa digər məsələlərlə yanaşı, məzmun mübadiləsi, eləcə də jurnalistlər üçün maarifləndirici kursların təşkili və eksperimental tədbirlərin keçirilməsi daxil ola bilər.

Azpost.info

 

Əvvəlki məqalə

Türkiyə Mərkəzi Bankı inflyasiya proqnozunu yeniləyib

Sonrakı məqalə

Külək güclənəcək, temperatur 5-7 dərəcə aşağı enəcək