Rusiyanın Kaluqa və Moskva vilayətlərinə PUA hucumu olub.
Azpost.info bildirir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb. Pilotsuz uçuş aparatları məhv edilib.
Həmçinin Tver vilayətində Moskva istiqamətinə uçan daha bir PUA vurulub.
Nazirlik PUA-ların Ukraynaya mənsub olduğunu bildirib.
Paralel olaraq Domodedovo, Şeremetyevo və Vnukovo hava limanlarına “Xalça” rejimi tətbiq edilib. Bu aeroportlar müvəqqəti olaraq reysləri qəbul etmir və göndərmir.
Azpost.info