Rusiyanın Kamçatka diyarında təyyarənin qəzaya uğradığı yerdə 19 nəfərin meyiti tapılıb –

YENİLƏNİB
07 İyul 2021 - 13:28

Rusiyanın Kamçatka diyarında An-26 tipli sərnişin təyyarəsinin qəzaya uğradığı yerdə daha on nəfərin meyiti tapılıb.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə xilasetmə xidmətindən bildirilib.

Bununla da, tapılan meyitlərin sayı on doqquza çatıb.

Meyitlərin əksəriyyəti tanınmaz halda olduğu üçün genetik ekspertiza tələb olunur.

Bildirilib ki, təyyarədə ümumilikdə 28 nəfər olub. Onlardan altısı ekipaj üzvü, ikisi uşaqdır. Qəza zamanı sağ qalan olmayıb.

Axtarış-xilasetmə işləri davam etdirilir.