Rusiyanın Kamçatka diyarında təyyarənin qəzaya uğradığı yerdə 19 nəfərin meyiti tapılıb –YENİLƏNİB

Rusiyanın Kamçatka diyarında An-26 tipli sərnişin təyyarəsinin qəzaya uğradığı yerdə daha on nəfərin meyiti tapılıb.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə xilasetmə xidmətindən bildirilib.

Bununla da, tapılan meyitlərin sayı on doqquza çatıb.

Meyitlərin əksəriyyəti tanınmaz halda olduğu üçün genetik ekspertiza tələb olunur.

Bildirilib ki, təyyarədə ümumilikdə 28 nəfər olub. Onlardan altısı ekipaj üzvü, ikisi uşaqdır. Qəza zamanı sağ qalan olmayıb.

Axtarış-xilasetmə işləri davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sabahın hava proqnozu

Sonrakı məqalə

FHN Qazaxda sərhəd zolağında baş verən yanğınla bağlı məlumat yayıb