Rusiyanın müdafiə naziri Minskdə səfərdədir

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Minskə gedib.

Azpost.info xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyinin rəsmisi Valeri Revenko bildirib.

“Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu Minskə gəlib”, – o, öz “Tviter” səhifəsində yazıb.

Daha əvvəl Revenko bildirmişdi ki, Şoyqu və onun belaruslu həmkarı Viktor Xrenin Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko arasında bazar ertəsi planlaşdırılan danışıqlarda iştirak edəcəklər.

Azpost.info

Əvvəlki məqalə

“Rusiyanın Qarabağda “Osetiya variantı”na gedəcəyi nağıldır…” –

Sonrakı məqalə

Putin əcnəbilərə surroqat ana xidmətini qadağan etdi