Rusiyanın NATO-ya hücumunun ssenarisi açıqlanıb

Rusiyanın NATO-ya hücumunun nəzəri ssenarisi açıqlanıb.

Azpost.info bildirir ki, planı Almaniyanın “Bild” tabloidi hökumətin parlamentə təqdim etdiyi sənədə istinadən dərc edib.

Ssenari dörd əsas mərhələni əhatə edir. Birinci mərhələdə onlayn dezinformasiya kampaniyası və kiberhücumlar planlaşdırılır. İkinci mərhələ Rusiya ordusunun NATO sərhədlərində böyük manevrlər həyata keçirə, kosmik peykləri sıradan çıxara və Almaniya ərazisindəki kimyəvi zavodlara hücumu nəzərdə tutur.

Üçüncü mərhələdə NATO ölkələrinə, o cümlədən Almaniyaya hücum ehtimalı var. Nəhayət, dördüncü mərhələ Rusiya hərbçilərinin Almaniya ərazisinə irəliləyişini nəzərdə tutur – quruda, dənizdə və havada əməliyyatlar mümkündür. Eyni zamanda, bioloji, kimyəvi və taktiki nüvə silahlarının istifadəsi də istisna edilmir.

Rusiya hələ ki Almaniya nəşrinin dərc etdiyi məlumatlara münasibət bildirməyib.

Əvvəlki məqalə

Belarusda dövlət çevrilişi baş verə bilər

Sonrakı məqalə

Dünən Ukrayna və Rusiya ordusu arasında 100 hərbi toqquşma olub