Rusiyanın neft və qaz gəlirləri 37 faiz azala bilər

İyulda Rusiyanın neft və qaz gəlirləri üçdə birdən çox azala bilər.

AzPost bildirir ki, hesablamalara görə, gəlirlər 2024-cü ilin eyni ayı ilə müqayisədə təqribən 37% azalaraq 680 milyard rubl olacaq. Bu, ucuz neft və daha güclü rubl hesabına baş verəcək.

Gəlirlərin azalması hərbi kampaniya başlayandan bəri müdafiə və təhlükəsizlik xərclərini kəskin şəkildə artıran Rusiya üçün xüsusilə ağrılıdır.

Hesablamalara görə, Rusiya neftinin rublla orta qiyməti 2025-ci il üçün federal büdcədə müəyyən edilmiş hədəf səviyyəsindən aşağı olaraq qalır.

Yanvar-iyul aylarında ümumi neft və qaz gəlirləri illik müqayisədə 20% azalaraq 5,4 trilyon rubl təşkil edə bilər.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.