Rusiyanın Qazaxıstandakı baş konsulu Yevgeni Bobrov ölkədə rus dili ilə bağlı neqativ vəziyyətlə bağlı bəyanatından sonra vəzifəsini itirib.
Azpost.info xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyindən bildirilib.
“Bu işçi artıq Qazaxıstanda deyil. O, artıq burada işləmir, diplomatik missiyasını başa vurub”, – XİN sözçüsü Aybek Smadiyarov bildirib.
Diplomat 2018-ci ilin oktyabr ayından Rusiyanın Almatıdakı baş konsulu vəzifəsində çalışırdı.
Azpost.info